Qadin.NET / Gözlənilən vahid kart sistemi tətbiq olunmayacaq

Gözlənilən vahid kart sistemi tətbiq olunmayacaq

 

"Nəqliyyat Nazirliyi tərəfindən Bakı Metropoliteni ilə birgə tətbiq edilməsi nəzərdə tutulan nəqliyyatda vahid kart sisteminin tətbiqi mümkün olmayacaq". Bunu APA TV-yə açıqlamasında Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov deyib. O bildirib ki, metro tam ayrı strukturdur və orada tətbiq olunan kart sistemi tam fərqli formatda calışır.
Namiq Həsənov sözlərinə görə, "Əvvəl metro kartlarının ictimai nəqliyyatda da tətbiq olunması nəzərdə tutulurdu. Lakin hazırda bu mümkün olmayıb. Çünki, hər iki qurumda kartların tətbiq olunduğu texnologiyalar tam fəqlidir. Yeni quraşdırılan validatorlar master kart vasitəsi ilə idarə olunur. Avtobuslar üçün nəzərdə tutulan kartlardan taksilərdə, ictimai-iaşə müəssələrində və avtobuslarda istifadə etmək olar".
Nazirlik sözçüsü onu da əlavə etdi ki, artıq illərdir ləngiyən kart sisteminin tətbiqi 2015-ci ildə tam yekunlaşması nəzərdə tutulur.

Mənbə:Milli.Az

 

18 avqust 2014
GO BACK