Qadin.NET / Qonşumuzu fəlakət gözləyir

Qonşumuzu fəlakət gözləyir

 

Türkiyədə qarşıdakı illərdə havanın temperatu normadan 10 dərəcə yüksələcək. Buna səbəb ölkədə yaşıllıqların məhv edilməsidir.
Anspress-in məlumatına görə, bu barədə Beynəlxalq Hava və İqlim Mərkəzi açıqlama yayıb.
Açıqlamaya görə, Türkiyədə yağışlar az-az yağmağa başlayacaq, lakin şiddətli yağışlar olacaq. Qışın quraq keçəcəyi proqnozlaşdırılır. Türkiyənin Qara dəniz bölgəsinin cənub hissəsindən quraqlıq başlayacaq, iqlim isinəcək.
Bu ayın əvvəllərində Türkiyədə baş vermiş qasırğalar da elə iqlim dəyişikliyinin nəticəsidir. Mütəxəssislər hesab edirlər ki, Aralıq dənizi sahillərində yaşıllıqlar azaldığına görə havanın kirliliyi çoxalıb. İstanbul səmasında isə kirli hava soyuq hava kütlələri ilə toqquşanda qasırğalar əmələ gəlir.
Mənbə:Milli.Az

 

16 avqust 2014
GO BACK