Milli.AZ Kəpəz TV-yə istinadən bildirir ki, tədbirə rayon ictimaiyyəti ilə yanaşı, əslən Gədəbəydən olan və hazırda respublikanın idarəetmə orqanlarında çalışan yüksək vəzifəli şəxslər də qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayondakı abidəsini ziyarət edib, dahi şəxsiyyətə hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra rayonun mərkəzi prospektində son illər aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə tanış olublar. Yubiley tədbirində çıxış edənlər bildiriblər ki, Azərbaycan tarixinin nişanələrini əks etdirən və tarixi abidələri ilə zəngin olan rayonda son illər bir çox layihələr həyata keçirilib. Rayonun təhsil, səhiyyə, mədəniyyət ocaqları yenidən qurulub. Turizm imkanları genişləndirilib, yol infrastrukturu təzələnib. Çıxış edən arxeoloqlar isə qeyd ediblər ki, Gədəbəyin 3000 ildən çox yaşının olması tarixi faktlarda öz təsdiqini tapır. Son illər rayonda aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan maddi sübutlar bunu bir daha təsdiq edir.
Tədbirdə o da vurğulanıb ki, rayonda 6 akademik, 150 elmlər doktoru, 800-ə yaxın elmlər namizədi yetişib.
Yubiley tədbirinin iştirakçıları daha sonra rayonda yeni inşa edilən “Yaşıl teatr”ın açılışına da qatılıb. Qonaqlara məlumat verilib ki, 1000 nəfərlik amfiteatrda müxtəlif rayon tədbirlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Tədbir geniş konsert proqramı ilə davam etdirilib.

Mənbə:Milli.Az