Qadin.NET / "Twitter"dən sərt addım

"Twitter"dən sərt addım

 

"Çalışacağıq ki, bu kimi hallar bir daha baş verməsin"
Dünyanın ən populyar sosial şəbəkə platformalarından olan “Twitter” mikrobloqu son günlər bir sıra hesabları bağlamaq məcburiyyətində qalıb. ANS PRESS-in məlumatına görə, “Twitter” mikrobloqunun rəhbərliyi bundan sonra kibercinayətkarlara qarşı mübarizə aparacaqlarını və bu istiqamətdə siyasətlərini daha sərt nümayiş etdirəcəklərini açıqlayıb. Bu barədə “The Washington Post” qəzeti xəbər yayıb.Avqustun 11-də intihar edən məşhur ABŞ aktyoru Robin Uilyamsın qızı Zelda Uilyams kibercinayətkarlar tərəfindən hücumlara məruz qaldığı üçün “Twitter” hesabını ləğv edib. Bildirilir ki, o, sosial şəbəkədə atasının fotoredaktorun köməyilə hazırlanmış xoşagəlməz bədən görüntüləri yayıldıqdan sonra bu qərara gəlib."Bu hadisəylə bağlı hüquq pozuntularının qarşısını almaq üçün bir neçə hesab artıq bağlanıb. Hazırda biz gələcəkdə siyasətimizin daha da təkmilləşdirilməsi imkanlarını öyrənirik ki, bu kimi hallar bir daha baş verməsin", - deyə “Twitter”in təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Del Harvi bildirib.
Mənbə: Milli.Az

 

17 avqust 2014
GO BACK