İslam Dövləti (İŞİD) terror qruplaşması Ağ Evin önündə çəkilən şəkillə ABŞ-a meydan oxuyub.
Anspress-in məlumatına görə, İslam Dövləti (İŞİD) terror qruplaşması İraqda ABŞ ordusunun hava hücumlarına məruz qaldığı bir vaxtda, Ağ Ev rəsmilərini qorxutmaq üçün sosial şəbəkədə çəkdikləri fotoşəkli paylaşıblar. Belə ki, İŞİD üzvlərindən biri Ağ Evin qarşısındakı Pensilvaniya prospektində dayanaraq, arxa fonda Ağ Ev olmaqla İŞİD bayrağının şəklini çəkib və “Twitter” hesabında paylaşıb.
Fotoşəkildə ABŞ-a ismarış olaraq bu sözləri yazıb:
“İŞİD-dən ABŞ-a mesaj:
Biz sizin ştatdayıq,
biz sizin şəhərdəyik,
biz sizin küçələrdəyik.
Hər yerdə hədəfimizdəsiniz”.
Qeyd edək ki, sözügedən şəklin sosial şəbəkədə yayılmasından sonra Ağ Ev nümayəndələri təşvişə düşüblər. Bu səbəbdən də şəhərdə ciddi təhlükəsizlik tədbirləri görülməsi barədə xüsusi tapşırıqlar verilib.

Mənbə:Milli.Az