“Microsoft” şirkəti proqram təminatlarında boşluqları aradan qaldıraraq “Windows 8.1”ə Azərbaycan manatı simvolunun dəstəyini əlavə edib.
ICTnews-un məlumatına əsasən, korporasiya “Windows”, “Internet Explorer”, “Office”, “SQL Server”, “SharePoint Server” və “.NET Framework”də 37 boşluğu aradan qaldıran təhlükəsizlik üzrə 9 bulleten buraxıb. İki bülleten zəiflik səviyyəsinə görə “kritik” xarakter daşıyır, qalan 7-si “əhəmiyyətli” zəiflik səviyyəsi xarakteri daşıyır.
Ləğv edilən boşluqların əksəriyyəti (26-sı) “Internet Explorer”yə aiddir. Veb-brauzerdə aşkar edilmiş boşluqların hamısı kritik olub.
Yenilənmə “Internet Explorer”nin bütün versiyalarına aiddir. Bundan başqa, “Microsoft” şirkəti sistemdə üstünlükləri artırmağa imkan verən “SQL Server”, “SharePoint Server” və “OneNote” kritik boşluqları da aradan qaldırıb.
Təhlükəsizlik bülletenləri ilə yanaşı “Microsoft” şirkəti “Windows 8.1” (KB 2975719) funksional yenilənmə paketini də təqdim edib. Yenilənmə kompüterin sazlanma imkanlarını, “mouse” la taçpadın işini genişləndirir.
Qeyd edək ki, yenilənmə tətbiq edildikdən sonra sistem əlavə təhlükəsizlik üçün “Internet Explorer”də bütün köhnəlmiş “ActiveX” plaqinləri bağlamağa başlayacaq.

Mənbə:Milli.Az