Qadin.NET / Prezident İlham Əliyev DSX-ni mükafatlandırdı

Prezident İlham Əliyev DSX-ni mükafatlandırdı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 
Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə 
Əkbərov İsmayıl Bayram oğlu – general-mayor
Nağıyev Əfqan Vəli oğlu – general-mayor
Əhmədov Zaur Bəhlul oğlu – polkovnik-leytenant
Xəlilov Abbas Sultan oğlu – polkovnik-leytenant
Mirzəyev Nəsib Tahir oğlu – kapitan.
“Vətən uğrunda” medalı ilə 
Əliyev Namiq Feyruz oğlu – polkovnik
Qasımov Cəlal Əbdülhəsən oğlu – polkovnik
Məmmədov Faiq Həmzəağa oğlu – polkovnik
Nağıyev Vəli Yusif oğlu – polkovnik
Nəcəfov Aydın Fazil oğlu – polkovnik
Yusifov Mehman Yusif oğlu – polkovnik
Atakişiyev İntiqam Vahid oğlu – polkovnik-leytenant
Məhərrəmov Aqşin Ramiz oğlu – mayor
Məmmədov Nahid Məmməd oğlu – mayor
Məmmədov Samir Adil oğlu – mayor
Əhmədov Tural Adil oğlu – ədliyyə kapitanı.
 “İgidliyə görə” medalı ilə 
Mehdiyev İlham İsmayıl oğlu – general-mayor
Əliyev Yusif Nəsif oğlu – polkovnik
Bağırov Ramin Sabir oğlu – polkovnik-leytenant.
“Hərbi xidmətlərə görə” medalı ilə 
Omarov Barat Bayram oğlu – polkovnik
Tağıyev Bəhruz Sabir oğlu – polkovnik
Zeynalov Zaur Ağaqardaş oğlu – polkovnik
Babayev İlham Novruz oğlu – polkovnik-leytenant
Bağırov Anar Məmməd oğlu – polkovnik-leytenant
Dünyamalıyev Ağamirzə Bəhman oğlu – polkovnik-leytenant
Əhədov Tərlan İbadulla oğlu – polkovnik-leytenant
Həbibov Elnur Arif oğlu – polkovnik-leytenant
Kazımov Eldar Soltan oğlu – polkovnik-leytenant
Quliyev Xaliq Qulu oğlu – polkovnik-leytenant
Məmmədov Aqil Qürbəddin oğlu – polkovnik-leytenant
Nağıyev Zaur Məzahir oğlu – polkovnik-leytenant
Osmanov Vahid Əlisa oğlu – polkovnik-leytenant
Canməmmədov Ramin Ramiz oğlu – mayor
Əhmədov Rüfət Kamal oğlu – mayor
Məmişov Emil Abbas oğlu – mayor
Muradova Pərvanə Şamil qızı – mayor
Umarov Füzuli Məhəmməd oğlu – mayor
Vəliyev Eynur Malik oğlu – mayor
Quliyev Emin Bəxtiyar oğlu – kapitan
Soltanov Mahir Ələsgər oğlu – kapitan
Abdullayev Xanlar Tofiq oğlu – baş leytenant
Cəbrayılov Zaur Vaqif oğlu – baş leytenant
Əhmədov Mirsadıq Hüseyn oğlu – baş leytenant
Salmanov Vaqif Ayatxan oğlu – baş leytenant
Cəfərov Natiq Famiq oğlu – ədliyyə leytenantı
Musayeva Gülnarə Mustafa qızı – baş gizir
Dadaşova Nigar Ağasaleh qızı – gizir.
“Tərəqqi” medalı ilə 
Baqişova Tamilla Həsən qızı
İbrahimov Elman Şamil oğlu. 
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.Z.İbrahimova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidməti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində xidmətlərinə görə Elçin Zaur oğlu İbrahimova “Əməkdar hüquqşünas” fəxri adı verilsin".
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V.Ə.Rzaquliyevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Vidadi Əsgər oğlu Rzaquliyevə “Əməkdar mühəndis” fəxri adı verilsin".
 X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.H.Sadiqova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Rəşad Heydər oğlu Sadiqova general-leytenant hərbi rütbəsi verilsin".
Mənbə:Milli.Az

 

18 avqust 2014
GO BACK