Qadin.NET / Nəhəng şirkət 6 min əməkdaşını ixtisar edəcək

Nəhəng şirkət 6 min əməkdaşını ixtisar edəcək

 

Dünyanın ən böyük şəbəkə avadanlığı istehsalçılarından biri ABŞ-ın "Cisco" şirkəti təxminən 6 min əməkdaşını çıxaracağını bəyan edib. Bu göstərici şirkətin heyətinin 8%-ni təşkil edir.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, şirkətin dünyadakı müxtəlif bölmələrinə təsir edən bu addım korporasiyanın gəlirinin azalması ilə əlaqədar "Cisco" şirkətində genişmiqyaslı yenidənqurma planının bir hissəsidir.
Mənbə:Milli.Az

 

16 avqust 2014
GO BACK