Qadin.NET / İctimai nəqliyyatda bu istidə necə sağ qalmaq olar?

İctimai nəqliyyatda bu istidə necə sağ qalmaq olar?

 

İsti havada insanlar şəhərin küçələrində sərinlənmək üçün yer axtarırlar. Ancaq paytaxtın ictimai nəqliyyatı öz rahatlığı ilə qürrələnə bilməz. Bu günlərdə yaşanan istilərdə avtobusların içindən gələn tütün qoxusu da ictimai nəqliyyatdan istifadəni dözülməz edir. 
Milli.Az-ın məlumatına görə, "Exo" qəzetinə açıqlama verən "Sürücülərin təhsilinə yardım" ictimai birliyinin sədri Fazil Məmmədov deyib ki, əgər avtobus sürücüləri yol hərəkəti qaydalarını pozmasalar, öz marşrutlarından kənara çıxmasalar və dayanacaqdan kənarda saxlamasalar, hərəkət sürəti də yüksək olar. 
Belə olan təqdirdə, insanın avtobusun içində keçirdiyi vaxt da qısalar. 
"Hazırkı maliyyə imkanları olduğu bir vaxtda ikinci əl avtobuslar deyil, kondisionerləri olan ilkin əl avtobuslar almaq olardı. İndi şəhərdə elə bir avtobus tapmaq olmaz ki, kondisonerlə təchiz edilsin. Yeni və müasir avtobuslar almaq lazımdır", - o qeyd edib. 

Mənbə: Milli.Az

 

17 avqust 2014
GO BACK