Qadin.NET / Ankarada müalicə olunan əsgərlərimizdən xəbər var

Ankarada müalicə olunan əsgərlərimizdən xəbər var

 

Ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan və Türkiyənin paytaxtı Ankarada müalicə olunan Azərbaycan əsgərləri yaxın 1 ay ərzində vətənə qayıdacaqlar. 
Milli.Az bildirir ki, əsgərlərimizə baş çəkən El Televiziyasının əməkdaşlarının Ankaradan verdikləri məlumata görə, Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan əsgər Sərxan Tahirzadə artıq palataya köçürülüb.
"Mən vətənimə görə canımdan keçməyə hazıram. Təki vətən sağ olsun” deyən yaralı əsgər hər zaman vətənin keşiyində durmağa hazır olduğunu bildirir: "Allah qoysa, ayaqlarım düzələndən sonra, yenə də vətənimi qorumağa hazıram”.
Atatürk Təhsil və Araşdırma Xəstəxanasındakı digər yaralı əsgər Elvin Əsgərov isə yaxın 2-3 gün ərzində palataya köçürüləcək. Həkimlər Ankara Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan əsgər Ədalət Məmmədovun vəziyyətinin də qənaətbəxş olduğunu söyləyirlər. 
Yaralıların vəziyyətinin getdikcə yaxşılaşdığını deyən əsgərlərin yaxınları da göstərilən diqqət və qayğıdan razılıqlarını bildirirlər.  Elvin Əsgərovun qohumuRafiq Heydərov: "Sağ olsun dövlətimiz. Türkiyə tərəfi də sağ olsun. Bizə qayğı göstərirlər”.
Sərxan Tahirzadənin qohumu Mayis Nəhmətov: "Sağ olsun prezidentimiz. Bu şəraiti əsgərlərimiz üçün yaradıb". 

Mənbə: Milli.Az

 

15 avqust 2014
GO BACK