Yay mövsümü özü ilə bərabər bir sıra xəstəlikləri də özü ilə gətirib. Xüsusilə son zamanlar uşaqlar arasında hərarət, ishal, qusma halları geniş yayılıb.
Azərbaycan Tibb Universiteti Tədris terapevtik klinikasının direktoru, 1-ci uşaq xəstəlikləri kafedrasının professoru, əməkdar elm xadimi Surxay Musayev Modern.az-a açıqlamasında bunun səbəbini belə izah etdi:
“Yay fəsli başlananda məlum olur ki, valideynlər uşağın qida rejiminə əməl edə bilmirlər. Bir çox meyvə və tərəvəzin haradan alınmasına fikir vermədən uşaqlara verirlər. Əsasən də qarpız, yemiş kimi bostan bitkiləri, tərəvəzlərdən xiyar, pomidorun uşaqların qida rasionuna müəyyən miqdarda daxil edilməsi lazımdır. Miqdarı aşanda isə müəyyən mədə-bağırsaq pozuntularına gətirib çıxarır”.
S. Musayevin sözlərinə görə, son vaxtlar inkişaf edən enteroviruslar da geniş yayılıb. Bu viruslar da hərarət, ishal, qusma ilə müşahidə edilir. Virus mənşəli olduğundan valideynlər diqqətli olmalıdırlar. Xüsusilə, mövsümlə əlaqədar istirahət zonalarında bu tip virusların çoxalma ehtimalı daha yüksəkdir. İnsanların sıx olduğu yerlərdə uşaqlar bir-birinə təmas edərək bu virusa yoluxa bilirlər”.
El arasında boğazında “artıq ət”i olan uşaqların virusa yoluxma ehtimalının yüksək olduğu qənaətinə gəlinir, kəsilməsi məqsədəuyğun hesab edilir. S.Musayev vaxtından əvvəl badamcıqların kəsilməsinin əleyhinə olduğunu bildirdi. “Damar badamcıqları tənəffüs sisteminin, mədə-bağırsaq sisteminin, sinir sisteminin qoruyucu mexanizmidir. Badamcıqlar o vaxt kəsilə bilər ki, o öz funksiyasını itirərək “artıq ət”ə çevrilər. Mikroorqanizmlərlə təmas zamanı həmin badamcıqlar qızarır, şişir, iltihablaşır və hərarət verir. Bu zaman badamcıqlar lor həkimi tərəfindən müalicə olunmalıdır. Orqanın tamlığı saxlanılmalıdır. Əgər badamcıq “dekompensasiya (artıq ət) dərəcəsinə keçibsə, lor həkimi ilə pediatr qərarından sonra kəsilə bilər. Ən tez 3-4 yaşından sonra kəsmək mümkünüdür”.
“Həkim bildirir ki, badamcıqların müalicəsi uzun zaman aldığından valideynlər tənbəllik edərək asan yolu seçirlər. Mən məsləhət görərdim ki, badamcıqlar kəsilməzdən əvvəl müalicə olunsun. Nəticə olmadığı təqdirdə kəsilsin”, - deyə S. Musayev son olaraq bildirib.

Mənbə:Milli.Az