Türkiyə, Cənub-qərbi Asiya və Qara dəniz regionu ölkələri üçün keçirilən dünyanın ən iri sərgilərdindən biri olan "CeBIT Bilisim Eurasia-2014" informasiya-kommunikasiya texnologiyaları sərgisində Azərbaycanın milli pavilyonu təqdim olunacaq.
Bunu cümə axşamı Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.
"CeBIT Bilisim Eurasia-2014" sərgisi sentyabrın 11-14-də İstanbulda keçiriləcək.
Sərgidə Azərbaycan nümayəndə heyətinə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov rəhbərlik edəcək.
Azərbaycanın mill pavilyonunun işinin əsas məqsədləri Azərbaycan iqtisadiyyatının imkanlarının nümayişi, İKT sahəsində reallaşdırılan sonuncu nailiyyət və layihələrin təqdimatı olacaq.
Pavilyonun stendləri Yüksək Texnologiyalar Parkının, rabitə peykinin yaradılması, təhsil sahəsinə İKT-nin tətbiqi haqqında məlumatları əks etdirəcək.
Stendlər dövlət sektorunun uğurlarından başqa, ölkənin özəl IT şirkətlərinin uğurları haqqında informasiyanı da əks etdirəcək.
Sərgidə 93 ölkədən İKT sahəsində ixtisaslaşan mindən çox şirkət iştirak edəcək. 131 min ziyarətçinin sərgiyə baş çəkəcəyi gözlənilir. Eyni zamanda "Broadcast, Cable & Satellite Eurasia" kabel və peyk televiziyası və yayım texnologiyaları sərgisi keçiriləcək.

Mənbə:Milli.Az