Qadin.NET / Braziliya matəm edir

Braziliya matəm edir

 

Braziliya prezidenti Dilma Russeff ölkədə üç günlük matəm elan edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə prezidentliyinə namizəd Eduardo Kamposanın təyyarəsinin qəzaya uğraması ilə əlaqədar matəm elan olunub.
"Bütün Braziliya matəm içindədir. Bu gün biz böyük braziliyalı Eduardo Kamposanı itirdik", -  ölkə başçısı bildirib.
Prezidentliyə namizəd Eduardo Kamposanın təyyarəsi Santos şəhəri yaxınlığında  qəzaya uğrayıb və o, həlak olub.
Mənbə:Milli.Az

 

14 avqust 2014
GO BACK