"Biz İrəvana gedib Göy Məsciddə namaz qılmaq istəyirik. Ermənistanın niyyəti təmizdirsə, icazə versin".
Bu barədə anspress-ə Türkiyənin İqdır şəhərində yerləşən Azərbaycan Evi Dərnəyinin başçısı Sərdar Ünsal bildirib.
Ermənistan hakimiyyəti tərəfindən İrəvanda azərbaycanlılara məxsus tarixi Göy Məscidin “fars məscidi” adlandırıması xəbərini şərh edən Sərdar Ünsal söyləyib: "Hər fürsətdə Ermənistandakı türk izlərini silmək istəyən ermənilər keçmişdə bəzi məscidlərimizi tövlə kimi istifadə etdilər, Göy Məscidə isə “fars məscidi” dedilər. Rəsmi İrəvanın məscidi “fars məscidi” adlandırması, şəhərin gerçək tarixini gizlətmək məqsədini daşıyır”.
Göy Məscid 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli xan Qacarın əmriylə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy Məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi cümə məscidi olub.
Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir; və ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir.

Mənbə:Milli.Az