Qadin.NET / Ərdoğan: "Türkiyənin yeni müxalifətə ehtiyacı var"

Ərdoğan: "Türkiyənin yeni müxalifətə ehtiyacı var"

 

Türkiyənin yeni müxalifətə ehtiyacı var. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının yaradılmasının 13-cü ildönümünə həsr edilmiş konfransda çıxış edərkən deyib.
Baş nazirin sözlərinə görə, köhnə müxalifət artıq Türkiyə üçün aktuallığını itirib: "Türkiyədə hakim partiya ilə rəqabət aparmaq qabiliyyətinə malik yeni müxalifətin yaranması qaçılmazdır".
R.T.Ərdoğan qeyd edib ki, Türkiyədə keçirilmiş prezident seçkiləri müxalifət və onun namizədinin zəifliyinin bariz nümunəsi oldu.
Mənbə:Milli.Az

 

14 avqust 2014
GO BACK