Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 51,8 min nəfər və ya 0,5 faiz artaraq 2014-cü il iyul ayının 1-nə olan vəziyyətə görə, 9528,9 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini kənd sakinləri təşkil edir, 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür.
İlin əvvəlindən ölkədə 28,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı dəyişməyərək eyni səviyyədə (6,1) qalıb.
Bu ilin yanvar-iyun ayları ərzində rəsmi orqanlar tərəfindən 38,8 min nikah və 5,9 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 8,4, boşanmaların sayı 1,2 təşkil edib.
Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 6 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 830 nəfər gələn və 401 nəfər ölkədən gedən qeydə alınıb

Mənbə:Milli.Az