Qadin.NET / Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər

Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər

 

Türkiyə 145 ədəd idarə edilən "hava-hava" sinfinə aid AIM-120 AMRAAM orta mənzilli raket almaq niyyətindədir.
Bu barədə Trend "Haber7" telekanalına istinadən məlumat verir.
Qeyd edilən raketlər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-16 çoxhədəfli qırıcılarda quraşdırılacaq.
Türkiyə HHQ-nin komandanlığı, həmçinin 2018-ci ildə silahlanmaya qəbul ediləcək F-35 təyyarələrini orta mənzilli raketlərlər təchiz etməyi planlaşdırır.
AIM-120 AMRAAM raketləri hava hədəflərinin birbaşa görünməsi hüdudundan kənarda vurulması üçün nəzərdə tutulub. "Hughes Aircraft" şirkəti tərəfindən 1981-ci ildə hazırlanan bu raketlər ABŞ ordusuna 1991-ci ildən təqdim edilib.
Mənbə: Milli.Az
15 avqust 2014
GO BACK