Rusiyanın baş naziri Dmitri Medvedevin “Twitter” səhifəsi dağıdılıb
APA-nın məlumatına görə, səhifəyə müdaxilə edən hakerlər orada Medvedevin istefaya getmək barədə qərar verdiyi, Krımın Rusiya ərazisi olmadığı barədə statuslar, eləcə də qeyri-etik ifadələr yazıblar.Adının açıqlanmasını istəməyən şəxs isə RİA “Novosti” agentliyinə bildirib ki, D. Medvedyevin “Twitter” səhifəsi dağıdılıb, orada yazılanlar həqiqətə uyğun deyil.Hazırda səhifənin bərpa olunması üçün lazımi tədbirlər görülür.
Mənbə: Milli.Az