BMT Təhlükəsizlik Şurası Heydər əl-Abadinin İraqın baş naziri təyin olunmasını dəstəkləyərək tez bir zamanda yeni hökumətin formalaşdırmağa çağırdı.
Anspress-in məlumatına görə, bu barədə təşkilatın məlumatında qeyd edilir.
Məlumatda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası "İraqda Heydər əl-Abadinin baş nazir təyin olunmasını cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin daxil olduğu bir hökumətin yaradılması yönündə mühüm addım” kimi dəyərləndirərək əl-Abadini “tezliklə hökuməti qurmağa" çağırıb.
Qeyd edək ki, keçən bazar ertəsi İraq prezidenti ölkə parlamentinin böyük şiə birləşməsi olan “Milli Alyansda” Heydər əl-Abadi ətrafında yeni hökumətin qurulması təlimatını verib. Lakin fəaliyyətdə olan baş-nazir Nuri əl-Maliki qərarla razılaşmayaraq, məhkəmə yolu ilə məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib. əl-Abadinin təyinatını artıq ABŞ, Aİ, İran, Səudiyyə Ərəbistanı və ərəb ölkələri Liqası dəstəkləyiblər.

Mənbə:Milli.Az