Qadin.NET / 100 milyon dollarlıq hədiyyə

100 milyon dollarlıq hədiyyə

BMT Baş katibi Pan Gi Mun Səudiyyə Ərəbistanının BMT-nin Terrorla Mübarizə Mərkəzinə terrorla əlaqədar fonduna 100 milyon dollar nağd pul hədiyyə etməsi səbəbindən bu ölkənin Vaşinqton səfiri Adel bin Əhməd əl-Cubeyr və BMT-nin Terrorla Mübarizə Mərkəzinin Məşvərət heyəti üzvü Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah əl-Muallimiyi qəbul edib.
Anspress-in məlumatına görə, Səfir Əl-Cubeyr terrorizmdən əziyyət çəkdilərini, terror qurbanı olmayan ölkələrin ciddi bir şəkildə "məsələyə əhəmiyyətsiz" baxdıqlarını bildirib.
Baş katib Pan Gi Mun da Səudiyyə Ərəbistanı Kralı Abdullahı və Krallığı İraq xalqına 500 milyon dollarlıq köməyini xatırladaraq bunu "son dərəcə comərd dəstək" adlandırıb.
BMT Terrorla Mübarizə Mərkəzi 2005-ci ildə Səudiyyə Ərəbistanı Kralı Abdullah tərəfindən qurulub. 2011-ci ildə isə terrorizmin meydana gətirdiyi yeni təhlükəsizlik təhdidləri üzərində işləməyə başlayıb. Bundan əvvəl mərkəzə ABŞ, Almaniya və İngiltərə də kömək edib.
Səfir Mualliminin verdiyi məlumata görə, mərkəz bu günə qədər 31 terrorla mübarizə layihəsinə dəstək verərək, terror təşkilatında iştirak etmiş gənclərin cəmiyyətə geri dönmələrinə və həyatlarını yenidən qazanmalarına kömək olub.
Mənbə:Milli.Az
14 avqust 2014
GO BACK