Qadin.NET / İsrail atəşkəsi pozdu

İsrail atəşkəsi pozdu

 

Atəşkəsin İsrail tərəfindən pozulduğu bildirilir
İsrail atəşkəs dinləmədi, yenə bombaladı.ANS PRESS-in məlumatına görə, İsrail döyüş təyyarələrinin Qəzza Zolağının müxtəlif nöqtələrinə hücumlar təşkil etdiyi, bölgədən yenə də tez-tez partlayış səsləri gəldiyi bildirilir.Xatırladaq ki, Misirin paytaxtı Qahirədə İsrail nümayəndələri ilə Fələstinin HƏMAS qruplaşmasının nümayəndələri arasında danışıqların 3-cü günüdür. Görüş Qəzza zolağında artıq bir aydan çoxdur davam edən münaqişənin uzunmüddətli həll yolunun tapılmasına istiqamətlənib.Fələstin rəsmilərinin yenidən 72 saatlıq atəşkəs barədə razılıq əldə edilməsi xəbərini isə İsrail tərəfi rəsmən təsdiqləməyib.
Mənbə: Milli.Az

 

15 avqust 2014
GO BACK