Qadin.NET / Ölümcül virus Avropada da can aldı

Ölümcül virus Avropada da can aldı

 

Ölümcül virus Avropada da can aldı

Qərbi Afrikada tüğyan edən Ebola virusu Avropada da can aldı. 
ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl Liberiyada yoluxucu xəstəliyə tutulan ispaniyalı rahib müalicə olmaq üçün öz ölkəsinə gətirilmişdi. İspaniya hökuməti 75 yaşlı Migel Paxaresin müalicəsi üçün, hətta Amerika Birləşmiş Ştatlarından da mütəxəsislər cəlb etmişdi. 
Bütün səylərə baxmayaraq, rahibin həyatını xilas etmək mümkün olmayıb. Paytaxt Madriddə baş tutan dəfn mərasiminə İspaniyanın səhiyyə naziri Ana Mato da qatılıb. Nazir bildirib ki, İspaniyada virusa qarşı mübarizə aparmaq üçün güclü siqnal sistemi var. 
“Bugünkü nəticəni gözləmirdik. Buna görə təssüf edirik” - deyə xanım nazir vurğulayıb.
Təhlükəli virus əsasən, Qvineya, Liberiya, Siera Leone və Nigeriyada geniş yayılıb. Sözügedən ölkələrə qonşu olan ölkələr epidemiyanın qarşısını almaq üçün sərhədlərini bağlayıb.
Avropada isə hələlik Almaniya bu ölkələrdə yaşayan və işləyən vətəndaşlarını geri çağırıb.
Ebola virusu indiyə qədər 1000-dən çox insanın ölümünə səbəb olub.
İki gün öncə Türkiyədə Ebola virusuna yoluxduğu ehtimal edilən nigeriyalı qadının müayinə zamanı, əslində, Ebola virusuna deyil, malyariya xəstəliyinə tutulduğu aşkarlanıb. Türkiyəli həkimlər hazırda xəstəni İstanbul şəhərində Haseki Təhsil və Araşdırma Xəstəxanasında saxlayırlar.

Mənbə:ANS PRESS

 

14 avqust 2014
GO BACK