Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Avqustun 13-dən 14-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 24-27°, gündüz 30-34° isti olacağı gözlənilir.
Bakıda gecə 25-27°, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütun təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 18-23°, gündüz 28-33° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 21-26°, gündüz 33-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 23-25°, gündüz 32-37°, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.