"UBI Research" tədqiqat şirkətinin proqnozuna əsasən, bir neçə il sonra "AMOLED" ekran bazarında artım tempi yüksələcək və bu artım hər il təxminən 33 faiz artım təşkil edəcək.
Milli.Az ictnews-a istinadən bildirir ki, 2014-cü ilin yekununa görə "AMOLED" əsasında hazırlanmış panellərin satış həcmi 10 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 10 faiz daha yüksəkdir. 2016-cı ildə bu bazarın həcmi təxminən 14,8 milyard dollara çatacaq ki, bundan sonra belə ekran istehsalçılarının ümumi gəliri hər il təxminən 32 faiz artacaq və 2020-ci ilədək 46,5 milyard dollar təşkil edəcək.
2014-cü ilin birinci yarısının yekununa görə, "AMOLED" panellərin satış həcmi əvvəlki altı ayla müqayisədə 21 faiz yüksələrək 5 milyard dollar təşkil edib. Bu irəliləmə "AMOLED" ekranlarla təchiz edilmiş smartfonların sayının artması nəticəsində mümkün olub.

Mənbə:Milli.Az