Qadin.NET / Geni dəyişdirilmiş milçəklər

Geni dəyişdirilmiş milçəklər

 

Geni modifikasiya olunmuş milçəklər ziyanverici həşəratlarla mübarizədə və məhsulun qorunması sahəsində yeni imkanlar açır, alimlər deyirlər. Söhbət özü öz nəslinin axırına çıxan mutant milçəklərdən gedir.
Milli.Az BBC-yə istinadən bildirir ki, britaniyalı alimlər laborator şəraitdə genetik kodu dişi milçək üçün ölümcül gen daşıyan erkək mutant milçək yarada biliblər.
Həmin mutantların milçək populyasiyasına buraxılması son nəticədə milçək koloniyasının qırılmasına gətirib çıxarır.
Geni dəyişdirilmiş milçəklər oranjereya şəraitində sınaqdan keçirilərkən müəyyən müddətdən sonra həmin oranjereyada bir dənə də olsun milçək qalmayıb.
Alimlərə görə, milçəklərin təbiətə buraxılması məhsula həşəratdan dəyən zərərin miqyasını ucuz və ekoloji cəhətdən təhlükəsiz yolla xeyli azalda bilər.
Lakin Genewatch genetic texnologiyaların istifadəsinə nəzarət edən təşkilatın ekspertləri milyonlarla mutant milçəklərin canlı təbiətə buraxılmasının gözlənilməz nəticə verə biləcəyindən ehtiyatlanırlar.
Ziyanverici həşəratlarla mübarizə hazırda axtalanma və insektisidlərin tətbiqi yolu ilə aparılır, lakin alimlərin qeyd etdiyi kimi, hər iki üsulun səmərəsi qısa müddətlidir.
Biotexnologiyalar sahəsində ixtisaslaşan Britaniyanın Oxitec şirkətinin işləyib hazırladığı texnologiyaya əsasən, mutant milçəklərdən yalnız erkək milçəklər törəyir.
Onların daşıdığı gen dişi milçəklər üçün ölümçül təsirə malikdir. Nəticədə bir neçə nəsildən sonra milçək populyasiyasında yalnız erkək milçəklər qalır və son nəticədə həmin növ milçəklərin nəsli kəsilir. 

Mənbə:Milli.Az

 

14 avqust 2014
GO BACK