Qadin.NET / O dünyanın ən böyük mükafatlarından birini aldı

O dünyanın ən böyük mükafatlarından birini aldı

 

Azərbaycan əsilli İran vətəndaşı riyaziyyatçı Məryəm Mirzəxani “Nobel mükafatı”na bərabər tutulan “Filds” beynəlxalq medalını alan ilk qadın olub.
Anspress-in məlumatına görə, Beynəlxalq Riyaziyyat Birliyi ABŞ-ın Kaliforniya ştatında Stanford universitetində dərs deyən Məryəm Mirzəxanini Filds medalı ilə təltif edib.
"Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Ümid edirəm, gələcəkdə bu mükafatı alan xanımların sayı artacaq", - deyə xanım riyaziyyatçı bildirib.
Qeyd edək ki, "Filds" medalı 1936-cı ildə Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən təsis olunub. Medal Nobel mükafatı ilə müqayisə edilir. Bu günə qədər "Filds" medalı 56 nəfərə verilib. Lakin Məryəm Mirzəxani mükafatı olan ilk qadındır.
Mənbə:Milli.Az

 

14 avqust 2014
GO BACK