McDonalds, KFC və başqa bu kimi məşhur fast-fud brendlərini çoxları sevir. Ancaq o qidaların içinin əslində nədən ibarət olduğunu çoxumuz bilmirik. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu cür "dadlı" qidaları əslində reklamlarda göstərildiyi kimi təmiz ətdən hazırlamırlar. Adətən kəsilən heyvanların zibilliyə atılan əzalarından bişiririlər. Bir müddət əvvəl belə bir iddianı britaniyalı aşpaz da irəli sürmüşdü. McDonalds şirkəti bu məlumatı təkzib etmədi. Bu da özlüyündə aşpazın dediklərində haqq olduğu demək deyilmi? Texasdan olan fotoqraf Piter Avqust isə fast-fud adlandırılan qidaların nə qədər zərərli olduğunu göstərmək üçün obrazlı formaya əl atıb. Görünən odur ki, qidalar toyuq ayaqlarından, donuz burnundan, bağırsaqdan düzəldilir.
Mənbə: Milli.Az