İran İslam Respublikasında qadağalar siyahısına daha biri əlavə edilib.
ANS PRESS-in məlumatına görə, İran məclisi ölkədə əhali sayının artma sürətini ləngidən addımların qarşısını almaq və doğum faizini artırmaq məqsədilə radikal qərarlar verib.
Qəbul edilən yeni qanuna əsasən, qadın və kişinin cinsi fəaliyyətini dayandıran və demoqrafik göstəricini aşağı sala biləcək tibbi əməliyyatların həyata keçirilməsi qadağan edilir. Qanuna tabe olmayan həkimlər haqqında isə ağır cəza tədbiləri görüləcək.
Məclisdə yer alan 231 millət vəkilindən 143-nün razılığı ilə qəbul edilən qanun çərçivəsində bütün media və mətbuat orqanlarında hamiləlik testi reklamına yer verilməyəcək.
Qeyd edək ki, İranın Ali dini lideri Ayətullah Xamneyi də bir neçə dəfə ölkədə əhalinin say artımında azalma olduğunu bildirərək, bunun qarşısının alınmasını istəmişdi.