Qadin.NET / Cəbhədə son vəziyyət

Cəbhədə son vəziyyət

 

Cəbhədə son vəziyyət

Cəbhə xəttində atəşkəs yenidən pozulub. 
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, cəbhədə atəşkəs əvvəlki günlərlə müqayisədə, son bir neçə gündə daha az pozulur.

Mənbə: ANS PRESS

 

13 avqust 2014
GO BACK