Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən avqustun 13-də baş verən əlamətdar hadisələrə nəzər salır.
Miladi: 13 avqust 2014
Hicri: 16 şəvval 1435
İlin 224-ci günü
İlin sonuna 141 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 05.30
Günəş - 06.48
Zöhr - 13.50
Əsr - 18.15
Məğrib – 20.58
İşa – 22.27
1655-ci ildə alman musiqi aləti ustası, klarneti ixtira edən İohan Kristof Denner dünyaya gəlib.
1792-ci ildə Fransa kralı XVI Luiz milli məhkəmə tərəfindən həbs edildi və xalq düşməni elan olundu.
1899-cu ildə ingilis rejissor Alfred Hiçkok dünyaya gəlib.
1905-ci ildə Norveç keçirdiyi referendumla İsveçdən ayrılıb.
1918-ci ildə Almaniyada BMW (Bayerische Motoren Werke AG) mühərrik fabriki fəaliyyətə başlayıb.
1918-ci ildə ingilis alimi Frederik Senger anadan olub.
1926-cı ildə Kuba lideri Fidel Kastro anadan olub.
1970-ci ildə ingilis futbolçu Alan Şirer anadan olub.
1992-ci ildən Ümumdünya Solaxaylar Günüdür.
1993 - Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan cənubda - Füzuli və Cəbrayıl rayon mərkəzləri istiqamətində genişmiqyaslı hücumu başlanıb. Ölkədə yaranmış ağır siyasi və hərbi böhran ermənilərin hücumunun qarşısını almağa imkan vermədi. Hücumun ilk mərhələsində hər iki rayonun Dağlıq Qarabağın inzibati sərhədləri boyunca yerləşən kəndləri işğal olundu.
2001 - Prezident Heydər Əliyev ölkənin kütləvi informasiya vasitələrini milli dəyərlərə və mentalitetə sayğılı olmağa çağıran bəyanatla çıxış edib. Dövlət başçısının bəyanatı Qafqaz müsəlmanlarının dini rəhbəri, şeyxülislam hacı Allahşükür Paşazadənin mətbuatda ("Etimad" qəzeti) təhqir olunması ilə bağlı verilmişdi. Prezident bəyanatında kütləvi informasiya vasitələrini ölkədəki söz və mətbuat azadlığından sui-istifadə etməməyə, əxlaq normalarına riayət etməyə, təhqirlərə yol verməməyə çağırmışdı. 
2004 - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. M.Əliyeva türkdilli ölkələrin bu ada layiq görülən ilk qadın təmsilçisidir. 2006-cı ildə Azərbaycanın birinci xanımı İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət üzrə qurumu olan İSESCO-nun da Xoşməramlı səfiri oldu.

Mənbə: Milli.Az

 

13 avqust 2014
GO BACK