Qadin.NET / Onu yatağınıza salmayın

Onu yatağınıza salmayın

 

Mobil telefon istifadəçilərinin 44%-i yatanda da qurğuları yanına qoyur. Onlar telefonun və zəngli saatın səsini eşitmək üçün belə edirlər. Ancaq bu cür əməllər sağlamlığınıza ciddi ziyan vura bilər.
Milli.Az Rusiya mətbuatına istinadən gecə vaxtı telefonun sağlamlığınıza ziyan vura biləcəyi səbəbləri təqdim edir:
Yastıq yanar
Bu yaxınlarda ABŞ-ın Texas ştatında yeniyetmə oğlan gecə vaxtı yanğın qoxusundan oyanıb. Görüb ki, yastığının altına qoyduğu smartfon yarıya qədər əriyib. Yataq dəsti də yanmağa başlayıb. Düzdür, bu hadisə telefonla batareyanın uyğunsuzluğu ucbatından baş verib. Bu barədə telefonun istifadə təlimatında da yazılıb. Təlimatda, həmçinin yazılıb ki, telefonun üzərinə qalın örtük salmaq olmaz.
Yuxusuz qalarsınız
Mobil telefonlar (həmçinin planşet, televizor və LED ekranlı digər qurğular) mavi işıq saçır. Bu da orqanizmdə melatoninin (yuxu hormonu) azalmasına gətirib çıxarır. Bu qurğulardan çıxan işıq dalğalarının tezliyi gündüz işığı ilə bərabərdir. Bu da orqanizmin çaşqınlığına səbəb olur. Normal yuxu üçün 2 saat öncə yataq otağındakı bütün elektron qurğuları söndürmək lazımdır.
Orqanizmdə daha ciddi problemlər
Mobil telefonun insan orqanizmində hansı xəstəliklərə yol açdığı elmi cəhətdən təsdiq olunmayıb, ancaq hətta xərçəngə səbəb ola biləcəyi barədə iddialar var. Bəzi ekspertlər iddia edirlər ki, mobil telefon elektromaqnit radiasiyası buraxır.
Ümumdünya Səhiyyə Təşkilatının 2011-ci ildə yaydığı bəyanatda deyilirdi ki, mobil telefonların istifadəsi insan orqanizminə kanserogen təsir göstərə bilər.

Mənbə: Milli.Az

 

13 avqust 2014
GO BACK