Qadin.NET / "Wi-Fi" şəbəkəsinə qeyri-adi üsulla müdaxilə

"Wi-Fi" şəbəkəsinə qeyri-adi üsulla müdaxilə

 

Təhlükəsizlik üzrə mühəndis Cin Bransfild boğazına distant müdaxilə modullu xalta taxılmış pişiyin köməyi ilə “Wi-Fi” şəbəkəsinə çıxış əldə edib. Bu barədə Bransfildin Las-Veqasda keçirilmiş “Defcon” haker konfransında təqdim etdiyi hesabata istinadən “Engadget” nəşri yazıb.Milli.Az ictnevs-a istinadən bildirir ki, mühəndis deyir ki, boğazına haker xaltası taxılmış pişiyi gəzdirərkən o, öz qonşusunun routerinə müdaxilə edib. Beləliklə o, qonşusunun “Wi-Fi” şəbəkəsinə və  hətta kompüterinə giriş əldə edib.
Məlum olub ki, “WEP” şifrələnmə protokolundan istifadə edən çıxış nöqtələrinə müdaxilə edilib. Bu protokol simsiz şəbəkənin təhlükəsizliyini təmin etmir. Hazırda ekspertlər “Wi-Fi” şəbəkəsinin təhlükəsiz tətbiqi üçün “WPA” və “WPA2” şifrələnməsindən istifadəni tövsiyə edirlər.
Mənbə: Milli.Az

 

13 avqust 2014
GO BACK