Qadin.NET / Türkiyədə uçan kömür şaxtasından 9 nəfər çıxarıldı

Türkiyədə uçan kömür şaxtasından 9 nəfər çıxarıldı

 

Türkiyənin Zonquldağ vilayətində kömür mədəninin uçması nəticəsində dağıntılar altında qalmış 9 işçi xilas edilib. Bu barədə Trend çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən məlumat verir.Hazırda hadisənin səbəbləri araşdırılır.Daha əvvəl verilən məlumata görə, uçqundan sonra 10 nəfər dağıntılar altında qalıb.
Qeyd edək ki, Türkiyə tarixində Zonquldağ vilayətində ən iri şaxta qəzası 1992-ci ildə baş verib. Həmin vaxt qəza nəticəsində 263 nəfər ölmüşdü.
Mənbə: Milli.Az

 

13 avqust 2014
GO BACK