Qadin.NET / Rusiya 1,7 milyard dollarlıq silah satdı

Rusiya 1,7 milyard dollarlıq silah satdı

 

Rusiyanın “Rosoboronexport” şirkəti bəzi Afrika ölkələri ilə ümumilikdə 1,7 milyard dollarlıq silah müqaviləsi imzalayıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə “Rosoboronexport”un baş direktoru Anatoli İsaykin açıqlama verib. İsaykin bildirib ki, Nigeriya, Kamerun, Mozambik, Tanzanya və Ekvatorial Qvineya ilə müqavilələr imzalanıb.Onun sözlərinə görə Niger, Keniya, Bostvana, Ruanda, Cibuti və Efiyopiya ölkələrinə də silah və sursatlar göndəriləcək.İsaykin onu da bildirib ki, adıçəkilən ölkələr hərbi təyyarələr, helikopterlər, zirehli texnikalar da sifariş ediblər.
Mənbə: Milli.Az

 

13 avqust 2014
GO BACK