Qadin.NET / Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

 

Türkiyədə zəlzələ

Türkiyənin Çanaqqala vilayətində yeraltı təkan qeydə alınıb.
ANS PRESSS-in məlumatına görə, Türkiyə hökuməti Fövqəladə Hallar Komitəsinin açıqlamasında, zəlzələnin bu gün Bakı vaxtı ilə 03:23-də baş verdiyi bildirilir. Eceabat bölgəsində baş verən zəlzələ Rixter cədvəli üzrə 4,1 bal gücündə qeydə alınıb. 
Zəlzələnin episentri 9,6 kilometr dərinlikdə olub.
Bundan başqa ötən gün gündüz saatlarında da Türkiyənin Akdeniz bölgəsində zəif yeraltı təkanlar baş verib. Zəlzələ Antalya şəhərində hiss olunub.
Baş verən hər iki zəlzələdə dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Mənbə: ANS PRESS

 

12 avqust 2014
GO BACK