
Arıqlamaqla fiziki sağlamlığı yaxşılaşdırmaq olar, ancaq çəkisini azaltmağa nail olan insanlar özlərini xoşbəxt hiss edirlərmi? Psixi sağlamlıq mümkündürmü?
Qadınların çoxu arıqlamaqla daha gözəl və xoşbəxt olacağını düşünür. Milli.Az xəbər verir ki, London Universitetinin əməkdaşları bu məsələni araşdırmağa çalışıblar. Nəticələr PLOS ONE jurnalında dərc olunub. Araşdırmada 1979 nəfər artıq çəkidən əziyyət çəkən britaniyalı xanım iştirak edib.
Məlum olub ki, ilk mərhələdə 5% çəki itirən şəxslərin sağlamlığında əhəmiyyətli dəyişiklik olub. Ancaq bu insanların əhvalında da dəyişiklik olub. Çəkisini ata bilməyən adamlara nisbətdə onların əhvalları yaxşı olmayıb.
Araşdırmada iştirak edənlərin 14%-i çəkilərini 5% itirib. Çəkisini itirənlərin 52%-də depressiv simptomlar daha çoxdur.
Tədqiqatın aparıcı mütəxəssisi doktor Sara Cekson deyir ki, qadınlar arıqlamağa tələsməsinlər. Çünki arıqlamaq həyatın bütün aspektlərdə yaxşılaşacağı anlamına gəlmir.