Çin özünün ilk geri qaytarılan orbital aparatını Aya buraxmaq planlarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, aparatın 2014-cü ilin sonunadək buraxılacağı gözlənilir.Çinin Müdafiə Elmi, Texnologiyaları və Sənayesi üzrə Dövlət Komitəsi (METSDK) bildirir ki, orbital aparat əsas məqsədi Ayda torpaq nümunələri toplamaqdan ibarət olan Çinin gələcək “Çane-5” missiyasının testləşdirilməsi üçün nəzərdə tutulub.Çin özünün ilk geri qaytarılan orbital aparatını ölkənin cənub-qərbində Sıçuan əyalətinin eyniadlı qəzasında yerləşən “Siçan” kosmodromundan yola salmağı planlaşdırır. Xəbər verilir ki, zond artıq kosmodroma gətirilib. “Çane-5” missiyasının Çinin kosmik proqramında ən mürəkkəb missiya olacağı gözlənilir. Missiya zamanı mütəxəssislər Aya enmə və onun səthindən qalxma ilə yanaşı, Yer peykinin orbitində buraxılan zondun və əsas gəminin bir-birinə yaxınlaşması və birləşməsi üzrə bir sıra əməliyyatlar aparmağı planlaşdırırlar.2020-ci ilədək Çin Ayda insanı oraya çatdırmaq üçün ilk orbital stansiyasını yaratmağı planlaşdırır. 2030-cu ilədək çinlilər Marsa da kosmik gəmi göndərərək Qırmızı planetdən torpaq nümunələri götürmək istəyirlər.
Mənbə: Milli.Az