Qadin.NET / Türkiyədən İŞİD-in hədəsinə ilk reaksiya

Türkiyədən İŞİD-in hədəsinə ilk reaksiya

 

"Bu cür danışıqları ciddi məsələ olaraq qəbul etmirik. Türkiyə qərarlarını özü verir!"ANS PRESS-in məlumatına görə, enerji və təbii sərvətlər naziri Taner Yıldız İŞİD-in Türkiyənin Atatürk Anbarı ilə bağlı "Türkiyə Atatürk Anbarını açmazsa, İstanbulu bombalayarıq" açıqlamasına münasibət bildirərkən belə deyib."Bir İŞİD silahlısının Türkiyənin Atatürk Anbarını açması istəyi" başlıqlı mətbuatda yer alan xəbərlərlə bağlı ona ünvanlanan sualları cavablandırarkən məsələyə ciddi yanaşmadığını deyib. O, Türkiyənin qərarlarını özü verdiyini, hansi enerji ilə işləyəcəkləri qərarlarını bir mərkəzdən aldığını bildirib.Türkiyənin Su Elektrik Stansiyalarının hansının İraqla əməkdaşlıq edəcəklərinə hələ tam qərar vermədiklərini açıqlayıb: "Biz bu mənada Bağdadla danışıqlar aparırıq. Həm göndərdiyimiz su miqdarları, həm də istehsal etdiyimiz elektrik miqdarları baxımından Türkiyənin payına düşəni edirik. Atatürk Anbarı hazırda 1200 megabayt bir güçlə işləyir. Digər stansiyalar isə planlandığı kimi işləyir. O baxımdan belə bir nöqtənin fərqli bir yerdən nəzarətə alınmasını, təbii ki, biz heç bir şəkildə qəbul etmərik. Türkiyə aldığı qərarları nəzərdən keçirəcək və nəticələri görəcək hüquqi bir dövlətdir. Şükürlər olsun ki, enerji təhlükəsizliyimizlə bağlı heç bir sıxıntımız yoxdur."
Mənbə: Milli.Az

 

11 avqust 2014
GO BACK