Qadin.NET / Rezidenturaya qəbul olanların nəzərinə!

Rezidenturaya qəbul olanların nəzərinə!

 

Rezidenturaya qəbul olanların nəzərinə!

Səhiyyə Nazirliyi 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul olanlara xəbərdarlıq edib.
ANS PRESS-in məlumatına görə, rezidenturaya qəbul olmuş şəxslərin aşağıdakı siyahıda göstərilən sənədləri 11.08.2014-cü il tarixindən 15.08.2014-cü il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (Akad. M.Mirqasımov küç. 1A, qəbul otağı) təqdim etməklə qeydiyyatdan keçmələri mütləqdir.
Tələb olunan sənədlər:
1. İş nömrəsi
2. Şəxsiyyət vəsiqəsi və onun surəti
3. Ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti
Sənədlərin qəbulu cədvəl üzrə (ixtisaslar, tarix və saat nəzərə alınmaqla) keçiriləcək.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Mənbə: anspress

 

11 avqust 2014
GO BACK