Milli.Az EL TV-yə istinadən bildirir ki, yüksək qan təzyiqi insanlar arasında ən çox rast gəlinən xəstəliklərdəndir. Xüsusilə Mərkəzi Aran bölgəsində bu xəstəlikdən əziyyət çəkənlər çoxdur.
Yevlax Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Çingiz Baxşəliyev deyir ki, qan təzyiqi qarşısı alına bilən xəstəliklərdəndir:
”Hər bir mövsümün özünün qida rasionu olmalıdır. Yəni qışda yeyilən qidalardan yayda istifadə etmək olmaz. Yayda biz daha çox fikir verməliyik duru yeməklərə, sərinləşdirici içkilərə, hansı ki, onları qış üçün məsləhət görmürük”.
Çingiz Baxşəliyev söyləyir ki, qan təzyiqinə daha çox azyaşlı uşaqlarda və yaşlı insanlarda rast gəlinir. Bəzən bu xəstəlik insanlarda anadangəlmə olur. Buna səbəb isə insan bədənində yod çatışmazlığıdır. Həkim məsləhət görür ki, tərəvəz, meyvə və süd məhsullarından istifadə etməklə təzyiqi nizamlamaq və onun səbəblərindən yaranan beyin, ürək, böyrək xəstəliklərinin qarşısını almaq mümkündür.