Qadin.NET / Üçtərəfli görüş başa çatdı

Üçtərəfli görüş başa çatdı

 

Üçtərəfli görüş başa çatdı

Bu gün Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar olub.ANS TV-nin məlumatına görə, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatdığını və onun Rusiyanın köməyilə tez bir zamanda həll edilməsini hesab edir. 3 tərəfli görüşdə bu bəyanatla çıxış edən Rusiya

 

prezidenti Vladimir Putin deyib ki, İrəvan və Bakıda problemin həlli üçün sağlam iradə mövcuddur:“Azərbaycan prezidenti problemin sülh yolu ilə həllinin vacibliyinə diqqət çəkib və siz indi bu barədə danışdınız. Bu, həqiqətən də ən başlıcasıdır, çünki insanların ölümündən böyük faciə yoxdur. Əgər ürəkdən istək olsa, dondurulmuş bu problemi də yerindən tərpədib həll etmək olar. Bunun üçün istər Azərbaycan, istərsə də Ermənistan xalqının istəyi olmalıdır”.Azərbaycan prezidenti İlham Əliyev Rusiyalı həmkarına müraciət edərək deyib ki, bu məsələ həddən artıq uzanıb, Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə, danışıqların formatı və həlli üçün hüquqi baza mövcuddur: “Düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, qonşumuz və müttəfiqimiz olaraq bu prosesdə xüsusi rol oynayır və yaxın vaxtlarda bu problemin sülh yolu ilə həllinə nail olacağımıza ümid edirəm. Həll variantı beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun şəkildə olmalıdır”.Ermənistan prezidenti Serj Sarkisyan bu dəfə də beynəlxalq hüququ pozduqlarını ört-basdır etmək istəyib. O, münaqişənin kopmromis yolu ilə ATƏT-in Mİnsk qrupunun həmsədrlərinin təklif etdiyi prinsiplər əsasında həll edilməli olduğunu desə də, Azərbaycan tərəfini ittiham etməkdən çəkinməyib: "Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar kiməsə yaxşı olub, kiməsə pis, bunları deməyin yeri yoxdur. Əgər yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq”.Rusiya dövlət başçısı son olaraq münaqişənin həllində beynəlxalq əməkdaşlığı alqışladığını və məsələnin sülh yolu ilə tezliklə həll ediləcəyinə dəstək verməkdə davam edəcəyini əlavə edib.

Mənbə: ANS PRESS

11 avqust 2014
GO BACK