Bu gecə Azərbaycanın Şamaxı rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumta görə, yeraltı təkanlar Bakı vaxtıyla saat 00.25-də qeydə alınıb.
Piriquludan 28 km şimal-qərbdə baş vermiş zəlzələ maqnituda 3.0 bal gücündə hiss olunub.
15 km dərinlikdə baş vermiş yeraltı təkanlar hiss edilməyib.
Zəlzələ nəticəsində baş vermiş dağıntı və insan tələfatı barədə məlumat verilməyib.
Mənbə: ANS PRESS