Qadin.NET / Bir ildə Azərbaycanda 27 892 abort qeydə alınıb

Bir ildə Azərbaycanda 27 892 abort qeydə alınıb

 

Bir ildə Azərbaycanda 27 892 abort qeydə alınıb

Ötən il Azərbaycanda 27 892 abort (qeyri-leqal abortlar daxil olmaqla) qeydə alınıb, onların da 1443-ü və ya 5,2 faizi - ilk dəfə hamilə olmuş qadınlar üzərində həyata keçirilib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2013-cü ildə hər 1 000 fertil yaşda olan qadına 10,4 abort düşüb. 

Ötən il yaş qrupları üzrə abortların sayına gəlincə isə, 15-17 yaşlı qadınlardan 88-i, 18-19 yaşlı qadınlardan 1059-u, 20-24 yaşlı qadınlardan 5710-u, 25-29 yaşlı qadınlardan 8958-i, 35 yaşdan yuxarı qadınlardan 4228-i abort etdirib. 

Azərbaycanda  5,6 min vaxtından əvvəl uşaq doğulub və bu cür uşaqların anadan olması, əsasən anaların əvvəllər tez-tez abort etməsi ilə əlaqədardır.

Mənbə: Lent.Az  

11 avqust 2014
GO BACK