Qadin.NET / Dizi ağrıyanlar üçün

Dizi ağrıyanlar üçün

 

Bir çox insanların ortaq şikayətlərindən biri də diz ağrılarıdır.
Milli.Az ailəm.az-a istinadən diz ağrısının qarşısını alacaq 5 məsləhət verir.
Ağrısız dizlərə sahib olmaq üçün ilk əvvəl sağlam çəkidə olmaq vacibdir. Aldığınız hər kilo nərdivanları çıxarkən, yaxud yeriyərkən dizlərinizə güc yükləyir. Xüsusən qadınlar diz ağrılarından daha çox şikayət edirlər. Bunun da səbəbi qadınların həddən çox kökəlməsidir. 
Bəs diz ağrılarının qarşısını almaq üçün nə edək? 
1. Nərdivandan tullanaraq düşməyin. Uyğun çəkidə deyilsinizsə, bu, diz qapaqlarınıza ciddi bir stress yükləyir. 68 kilosunuzsa, dizlərinizə yüklənən ağrı 272 kq olur. 
2. Çəmənlikdə və çınqıllı yerlərdə gəzməyin. Əgər osteoartrit, yaxud hansısa diz yaralanmanız varsa, piyada keçidləri, ya da betonu xüsusi hazırlanmış yerlərdə gəzin. Yumşaq və dəstəksiz yerlər dizlərinizə daha çox ağrı yüklənməsinə səbəb olacaq.  
3. Squat və lunge idman növlərində ağırlığın həddini aşmayın. İdman edərkən dizlərinizi 90 dəqiqədən artıq bükülü saxlamayın və dizlərinizin ayaqlarınızla eyni səviyyədə olduğuna diqqət edin. 
4. Budlarınızın iç qismini işlədin. Ayağınızın iç qismində olan əzələlərin güclü olması, yeriyərkən dizə yüklənən streslərin azalması və dizinizin çox yüklənməməsi üçün vacibdir. Bunun üçün oturarkən dizlərinizi bir-birinizə yaxınlaşdırın, belə sıx şəkildə 5 dəqiqə saxlayın. 
5.Velosipedin oturacağının çox aşağıda olmamasına diqqət edin. Pedal ən aşağı vəziyyətdə olarsa, ayağınızın tam olaraq düz olduğuna və oturacağın yuxarıdan olmasına fikir verin. 

Mənbə: Milli.Az
11 avqust 2014
GO BACK