Milli.Az İCTnevs-a istinadən bildirir ki, Çin alimləri “Wikipedia” onlayn ensiklopediyasında yerləşdirilmiş məqalələrin düzgünlüyünü müəyyən etməyə imkan verən alqoritm yaradıblar."International Journal of Information Quality” nəşri yazır ki, yeni alqoritm yazılmış məqaləni düzgün və tez şəkildə identifikasiya etməyə imkan verir.Bu alqoritm vasitəsi ilə məqalələr iki meyar üzrə analiz ediləcək: say və keyfiyyət meyarları.Alqoritm, eyni zamanda reallığa uyğun olmayan düzəlişlərə məruz qalmış məqalələri düzəltmək imkanı təqdim edəcək. Yoxlama dəqiqliyinin səviyyəsi 80% təşkil edir.
Maraqlısı odur ki, “Wikipedia”da yerləşdirilmiş məqalənin hansı dildə yazıldığı əhəmiyyət kəsb etmir.
Maraqlısı odur ki, “Wikipedia”da yerləşdirilmiş məqalənin hansı dildə yazıldığı əhəmiyyət kəsb etmir.
Mənbə: Milli.Az