“Samsung” şirkətinin üçtərəfli “Samsung Youm” displeyli smartfonun istehsalına başlamaq fikri olduğu haqda şayiələr artıq uzun müddətdir ki, gündəmdədir.Milli.Az-ın ictnews-a istinadən verdiyi məlumata əsasən, ən son yeniliklərə görə, “Samsung” artıq bu smartfonun məhdud sayda istehsalına başlayıb.Ehtimal edilir ki, qeyri-adi displeyə malik olan aparat bu ilin sentyabr ayında təqdim ediləcək yeni "Galaxy Note 4”-ün modifikasiyalarından biri olacaq.
“Samsung”un mütəxəssisləri hesab edirlər ki, bu cür displey smartfonun üzlüyünü böyüdəcək və bir sıra əlavə imkanlar yaradacaq. Smartfonu tələb olunan formaya salmaq üçün plastik əsasdan istifadə etmək lazım olacaq, bu da gündəlik həyatda o qədər rahat deyil.
Məhz buna görə də model məhdud sayda istehsal ediləcək və ilkin mərhələdə “Samsung”un vətənində satılacaq, bir müddət sonra isə onun “Galaxy S4 LTE-A” kimi artıq dünya bazarına çıxarılması mümkün ola bilər.
Mənəbə: Milli.Az