Qadin.NET / Azərbaycanda 300-400 məktəbli filmə çəkilir

Azərbaycanda 300-400 məktəbli filmə çəkilir

 

Azərbaycanda 300-400 məktəbli filmə çəkilir

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Dəyərli adlar” tammetrajlı bədii uşaq filminin çəkilişlərinə başlanılıb.
ANS PRESS AzərTAc-a istinadən bildirir ki, filmin rejissorları xalq artisti Rafiq Əliyev və Cavid Təvəkkül, operatoru Rauf Qurbanəliyevdir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən ekran əsəri uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir.
Filmdə indiki uşaqların keçmişdə yaşıdlarının yaşadığı həyat tərzi, onların münasibətləri göstərilir. Çəkilişlərə 300-400 məktəbli cəlb edilib. Əsas qəhrəmanlar Solmaz, Çinarə, Xalid və Asifdir. Baş qəhrəman Xalid obrazını Bakı şəhəri 1 nömrəli orta məktəbin şagirdi Tamerlan Ağayev oynayır.“Dəyərli adlar”ın bu ilin sonunda kinosevərlərin ixtiyarına veriləcəyi planlaşdırılır.

Mənbə:ANS PRESS

 

10 avqust 2014
GO BACK