Qadin.NET / Bu günün tarixi

Bu günün tarixi

 

Bu günün tarixi


Miladi: 10 avqust 2014
Hicri: 13 şəvval 1435
İlin 222-ci günü
İlin sonuna 143 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 05.27
Günəş - 06.45
Zöhr - 13.50
Əsr - 18.16
Məğrib – 21.02
İşa – 22.32
E.ə.422-ci ildə Süleyman peyğəmbər tərəfindən inşa olunmuş məbəd babil çarı Navuxodonosor tərəfindən yandırılıb 
258-ci ildə Romada Müqəddəs Lavrenti odda yandırılıb 
1524-cü ildə Moskvada Novodeviçi qadın monastrı yaradılıb 
1675-ci ildə Londonda “Qrinviç” rəsədxanası qurulub
1895-ci ildə Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı - altıncı generalı, görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanski (1895-1938) anadan olub 
1913-cü ildə II Balkan müharibəsi başa çatdı və Bolqarıstan, Rumıniya, Serbiya, Çernoqoriya və Yunanıstan arasında “Buxarest” müqaviləsi imzalandı
1920 – Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb 
1949-cu ildə ABŞ-ın müdafiə nazirliyi - Pentaqon yaradılıb 
1959-cu ildə amerikalı aktrisa Rozanna Arkett anadan olub
1960-cı ildə ispan aktyor Antonio Banderas dünyaya gəlib
1971-ci ildə irland futbolçu Roy Kin anadan olub
1975-ci ildə türkiyəli futbolçu İlhan Mansız anadan olub
1990-cı ildə erməni terrorçu dəstələrinin Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunu partlatması nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdı
-Həmin gün Şəmkir-Gəncə avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı avtobus partladılıb: 17 nəfər həlak olub, 26 nəfər yaralanıb.
1995 - Azərbaycanla Kanada (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
2000-ci ildə dünya əhalisinin sayı 6 milyarda çatdı
2003-cü ildə Yuri İvanoviç Malençenko kosmosda evlənən ilk insan oldu

Mənbə: ANS PRESS

 

10 avqust 2014
GO BACK