Qadin.NET / Azərbaycan, Rusiya və Ermənistan prezidentləri "Plot-forma C70" döyüş sambosu üzrə beynəlxalq turnirdə olublar

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri "Plot-forma C70" döyüş sambosu üzrə beynəlxalq turnirdə olublar

 

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin Serj Sarkisyan bu gün axşam saatlarında "Plot-forma C70" döyüş sambosu üzrə beynəlxalq turnirə baş çəkiblər. Bu barədə Trend şənbə günü İTAR-TASS-a istinadən məlumat verir.Turnirdə fəxri qonaqlar qismində Rusiyanın Baş naziri Dmitri Medvedev, Baş nazirin müavinləri Arkadiy Dvorkoviç Dmitri Kozak, həmçinin Soçidəki olimpiya oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri vəzifəsini tutmuş Jan Klod Killi iştirak edirlər.Bundan başqa, fəxri qonaqlar lojasında ikiqat olimpiya çempionu Aleksey Voyevoda, boks üzrə olimpiya çempionu Aleksandr Povetkin kimi tanınmış idmançılar, bir sıra idman federasiyalarının rəhbərləri yer alıblar.Qeyd edək ki, bu gün V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda danışıqlar keçirib.
Mənbə: Milli.Az
10 avqust 2014
GO BACK