Qadin.NET / "Türkiyə Azərbaycanın yanındadır"

"Türkiyə Azərbaycanın yanındadır"

"Türkiyə Azərbaycanın yanındadır"
Azərbaycanın 3 yaralı əsgəri Türkiyəyə yola salındı.ANS TV-nin məlumatına görə, cəbhədə 17 əsgəri qoruyaraq sinəsini düşmənə sipər edən yaralı zabitimiz öz müalicəsinin qardaş Türkiyədə davam etdirəcək. Onunla birlikdə daha iki hərbiçimiz Ədalət Məmmədov və Orxan Tahirzadə də Ankarada Atatürk Elmi Tədqiqat Mərkəzində müalicə olunacaqlar.Yaralılar Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan “Türk əməkdaşlıq və Koordinasiya Agentliyi”nın dəstəyi ilə xüsusi Ankaradan göndərilmiş xüsusi tibbi heyət və təyyarə ilə qardaş ölkəyə müalicəyə yola salındı. Əsgərlərimizin yola salınmasında iştirak edən Millət vəkili Məlahət İbrahimqızı isə bildirdi ki, Azərbaycanın yaralı əsgərlərinin müalicə üçün Türkiyəyə aparılması bütün dünyaya, xüsusilə də hər iki ölkəyə qarşı mürtəce siyasət yürüdən Ermənistan və onun havadarlarına bir mesajdır. “Yaralı əsgərlərimizin Türkiyəyə müalicəyə göndərilməsi, qardaş ölkənin hər zaman Azərbaycanın yanında olmasının bir göstəricisidir”. Bakıdan yaralı əsgərlərimizin yanında bir hərbi həkim də göndərildi. Hərbçilərin müalicəsi boyu həkim və qohumları onlarla birlikdə olacaq.TİKA-nın Azərbaycan koordinatoru Mustafa Polad bildirib ki onların müalicəsi nə qədər davam edəcəksə, o qədər müddətdə də Türkiyədə qalacaqlar. Onun sözlərinə görə, əsgərlərdən birinin ailə üzvü indi gedir, digər ikisinin də sənədləri hazırlanandan sonra yola salınacaq. “Burda əsas məsələ ondan ibarətdir ki, dost-düşmən hər kəs bilsin ki, Türkiyə Azərbaycanın yanındadır”. Bu məsələnin Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Təyyub Ərdoğanın bilavasitə diqqətində olan mənəvi borc olduğu bildirilir. Əsgərləri Türkiyədə Ankara hava limanında baş nazirin müavini Emrullah İşlər, Türkiyə Səhiyyə Nazirliyinin işçiləri və digər rəsmilər qarşılaycaq. 

Mənbə: ANS PRESS

9 avqust 2014
GO BACK